6 Noyabr 2014 22:26
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna MDB-dən çıxmaq məsələsini nəzərdən keçirir”.

Teleqraf.com “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko söyləyib.

Onun sözlərinə görə, buna səbəb birliyin Rusiyanın Ukraynaya qarşı etdiyi təcavüzünə cavab olaraq həlledici addımlar atmamasıdır:

“Bir təşkilat kimi MDB bu təcavüzün qarşısını almaq üçün yetərincə real addımlar atmayıb. Təəssüf ki, həmkarlarımız Ukraynanın çağırışını eşitmədilər və bu səbəbdən Kiyev təşkilatdan çıxmaq məsələsini nəzərdən keçirir”.


Müəllif:

Oxşar xəbərlər