4 Avqust 11:07
279

Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Bayden arasında danışıqlar şantaj olmadan aparılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.

O, Zelenskinin ABŞ -a səfərinin avqustun 30-da baş tutacağını açıqlayıb.

Xarici işlər naziri bu görüşə hazırlıq üçün Vaşinqtona gəldiyini söyləyib.

“Yüksək ton və ya hər hansı şantaj olmayacaq. Avropa və Avroatlantik məkanın təhlükəsizliyi və rifahı ilə bağlı kompleks problemlərin həlli yönündə söhbət aparılacaq”, - nazir bildirib.

Kuleba vurğulayıb ki, ABŞ Kiyev üçün təhlükəsizlik sahəsində bir nömrəli strateji tərəfdaşdır: “Hərbi-siyasi ittifaqımızı gücləndirmək Ukraynanın son zamanlar qəbul edilmiş Xarici Siyasət Strategiyasının əsas prioritetlərindən biridir”.


Müəllif: Mənsur Rəğbətoğlu