Serbiyanın Rusiyadakı səfiri Miroslav Lazanski vəfat edib.
Teleqraf.com-un məlumatına görə, 70 yaşlı səfir ürək tutması nəticəsində dünyasını dəyişib.
Onun Serbiyanın paytaxtı Belqradda müalicə olunduğu bildirilirdi.
Əvvəllər hərbi jurnalist kimi fəaliyyət göstərmiş M.Lazanski 2019-cu ildə Rusiyaya səfir təyin olunmuşdu.