4 Avqust 2021 19:04
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Ali Hərbi Şuranın iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasa ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik edib.

Ankarada Prezident sarayında keçirilən tədbir mətbuata qapalı olub və iki saata yaxın davam edib.

İclas zamanı Türkiyə Silahlı Qüvvələrinə yeni təyinatlar, orta və ali zabitlərin rütbələrinin artırılması və ya təqaüdə çıxarılması məsələləri müzakirə edilib.

İclasda Türkiyənin vitse-prezidenti, müdafiə naziri, Baş qərargah rəisi, qoşun növlərinin komandanları iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər