Türkiyə ABŞ qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsində kömək etməyə hazırdır, amma bunun üçün Taliban da daxil olmaqla, münaqişənin müxtəlif tərəfləri ilə razılaşma tələb olunur.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə baş nazirinin keçmiş müavini Hikmət Çətin deyib.
Çətin xatırladıb ki, yeni anlaşma təkcə Əfqanıstan hakimiyyətinin yox, həm də hökumətlə toqquşmalarda üstünlüyü ələ alan Talibanın da razılığını tələb edir:
“Türk hərbçilərinin Taliban razılığı olmadan hava limanına görə məsuliyyət daşıması təhlükəlidir. Talibanın hücuma keçməsi mümkündür”.
Siyasətçi əlavə edib ki, Ankara bununla yanaşı bu məsələ ilə məşğul olmalı və çətin vəziyyətdə Əfqanıstanı tək qoymamalıdır.