4 Avqust 2021 22:39
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa və Aralıq dənizi hövzəsində havanın temperaturunun yüksək səviyyəyə çatması Yunanıstana ciddi ziyan vurub.

Teleqraf.com xəbər verir ki, yaşayış yerlərinə sürətlə irəliləyən alovlar indi də paytaxt Afinaya çox yaxındır.
Varipombi bölgəsi də daxil olmaqla ölkənin bir çox yerində meşə və kənd sahələrində davam edən yanğınların yaşayış məntəqələrinə çatması barədə xəbərlər yayılmağa başlayıb.

Yunanıstan Fövqəladə Hallar Nazirliyi dünən günortadan sonra Varipombidə başlayan və qısa müddətdə geniş əraziyə yayılan yanğının söndürülməsi üçün səylərin fasiləsiz olaraq davam etdiyini və nəzarət altına alınan bəzi yerlərdə yenidən alovlanma olduğunu açıqlayıb.
Bölgədə on minlərlə hektar meşəlik, bir çox ev və nəqliyyat vasitəsinin yanaraq kül olduğu bildirilib.

Meşə yanğınlarının paytaxt Afinaya çatmaq üzrə olduğu barədə də xalqa xəbərdarlıq edilib, vətəndaşlara çölə çıxmamaq tövsiyə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu