5 Avqust 2021 11:30
17 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Nəqliyyat Nazirliyi koronavirus pandemiyası ilə mübarizə çərçivəsində hazırladığı və “işıqfor sistemi” adlandırdığı səyahət siyahısını yeniləyib.

Teleqraf.com xəbər verir ki, BƏƏ, Qətər, Hindistan və Bəhreyn “qırmızı siyahı”dan “sarı”ya daxil edilib.

Sözügedən ölkələrdən İngiltərəyə gələcək Böyük Britaniya vətəndaşları və ölkədə yaşamaq icazəsi olan əcnəbilər üçün oteldə məcburi karantin tətbiq olunacaq.

Almaniya, Avstriya, Sloveniya, Slovakiya, Latviya, Rumıniya və Norveç ”yaşıl siyahı”ya salınıb. Bu ölkələrdən İngiltərəyə gələn sərnişinlərə məcburi karantin tətbiq edilməyəcək. Digər tərəfdən, Fransadan İngiltərəyə gələn iknci doza peyvənd edilmiş və 18 yaşından aşağı şəxslər karantinə alınmayacaq.

Fransa, Meksika, Gürcüstan, Mayotta adası və La Reyunon adası ilə yanaşı, Türkiyə də “qırmızı siyahı”dadır.

Səyahət siyahısına edilən yeniləmənin bazar günündən etibarən qüvvəyə minəcəyi açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu