İsrail Müdafiə naziri Benni Qantz İrana hərbi zərbə endirməyə hazır olduqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Qantz İranın həm yəhudi dövləti, həm də Yaxın Şərq ölkələri və bütün dünyanı təhdid etdiyini deyib.
Müdafiə naziri İranın İsrailin “Mercer Street” şirkətinə məxsus tankerə hücumu barədə bunu bildirib: “İran beynəlxalq və regional bir problemdir. Dünya bunun nümunəsini ötən həftə gördü”.
Qantza görə, İranın yeni Prezidenti İbrahim Rəisi mötədil sələfi Həsən Ruhani ilə müqayisədə ölkəni daha radikal regional siyasətə doğru aparacaq.
“Bütün dünyaya deyirəm, diqqətli olun. Gəlir...”, - nazir qeyd edib.
Benni Qantz İranın Livan və Qəzza Zolağında qüvvələrini topladığını, Suriya və İraqda yaraqlılar yerləşdirdiyini və Yəməndəki tərəfdarlarını dəstəkləməyə davam etdiyini və ümumilikdə İsrailə çoxşaxəli problem yaratdığını söyləyib.