Ukraynada NATO ölkələri və Ukraynanın iştirakı ilə “Dive-2021” beynəlxalq hərbi təlimləri başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Təlimlər Qara dənizdə keçirilir. Ukraynadan başqa, Şimali Atlantika Alyansının üzvləri - ABŞ, Bolqarıstan, Rumıniya da hərbi məşqlərdə iştirak edir.
Təlimlərə Gürcüstan və Azərbaycan hərbçiləri də qatılıb.
Təlimlərdə qrupların su altında hərəkətlərinin sinxronizasiyası məşq edilir. Eləcə də sualtı minaların təmizlənməsi üçün əməliyyat təlimləri keçirəcəklər.