5 Avqust 2021 21:56
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yuri Filipson deyib.

“Rusiya və Türkiyə arasındakı əməkdaşlığın bir çox məsələlərdə inkişaf etdiyini görməkdən məmnunuq. Bura hərbi-texniki sahədə əməkdaşlıq da daxildir. Birgə layihələrin həyata keçirilməsi, xüsusən 2019-cu ildə “S-400” müdafiə sisteminin Ankaraya çatdırılması ölkələrimizin bu sahədə əməkdaşlığı hərtərəfli inkişaf etdirmək əzmini nümayiş etdirir. Bunun üçün əhəmiyyətli potensial görürük”, - Filipson qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin xarici təzyiqlərə baxmayaraq öz müdafiəsini gücləndirmək üçün müstəqil hərəkət etməsi Rusiya tərəfindən yüksək qiymətləndirilir.


Müəllif: Mənsur Rəğbətoğlu