5 Avqust 2021 21:27
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İngiltərənin Kabildəki səfirlikləri Taliban yaraqlılarına təslim olan təhlükəsizlik qüvvələrinin gecə saatlarında birdən-birə yoxa çıxdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Talibanın onlara təslim olan təhlükəsizlik qüvvələrinə zərər verməyəcəyini vəd etdiyini bildirib.

Talibanın əfqan hərbçilərinin dul qadınlarını döyüşçüləri ilə evlənməyə məcbur etdiyi iddia olunan açıqlamada bu xəbərin doğruluğu təsdiqlənərsə, bunun hərbi cinayət kimi qiymətləndirilə biləcəyi deyilib.

Açıqlamada beynəlxalq hüquqa görə, hərbi əsirlərə qarşı hər cür pis rəftarın və öldürülmənin cinayət sayıldığı vurğulanıb.
Taliban hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu