6 Avqust 2021 00:13
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva Gürcüstanla münasibətləri bu ölkənin buna hazır olduğu ölçüdə bərpa etməyə hazırdır, bunun üçün Tiflisin sağlam düşüncəsinə ümid edir".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Bikantov deyib.

"Biz dövlətlərimiz arasındakı münasibətləri Gürcüstan tərəfinin buna hazır olduğu vəziyyətə gətirməyə hazırıq, ümid edirik ki, sağlam düşüncə qalib gələcək və gürcü tərəfdaşlarımız qonşuları ilə münasibətlər qurmağa başlayacaq", - Bikantov qeyd edib.

Rusiya ilə Gürcüstan arasındakı diplomatik əlaqələr 2008-ci ildə rus qoşunlarının Abxaziya və Cənubi Osetiyanı ələ keçirməsindən sonra dayandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər