6 Avqust 2021 22:14
6 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

"1990-cı ildə İrlandiya pasportu ilə Sovet İttifaqına gələn beynəlxalq terrorçu Monte Melkonyanı həbs etməyən Ermənistan KQB-si onu himayəyə götürdü”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O, keçmiş SSRİ-nin başçısı Mixail Qorbaçovun Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Mixail Qorbaçov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin yaranmasına görə Ermənistan və Azərbaycan tərəfinə bərabər məsuliyyət daşıyır. Amma bu belə deyil. Cənubi Qafqazı, sonra Sovet İttifaqını partladan əsas partlayıcı erməni millətçiliyi idi.

İdeoloji olaraq, Ermənistanın Sovet Azərbaycana olan ərazi iddiaları Zori Balayanın “Ocaq” kitabı şəklində rəsmiləşdirildi və bu kitab təəssüf ki, sovet erməniləri arasında geniş yayıldı. Bu sonradan bədnam “Qarabağ" komitəsinin, “Krunk” cəmiyyətinin yaranmasına səbəb oldu. Artıq 1986-cı ildə “Daşnaksütyun” və ASALA kanalları Yaxın Şərqdən silah partiyalarını Ermənistan və DQMV-ə daşımağa başladılar.

M.Yüzbaşyanın başçılıq etdiyi Ermənistan təhlükəsizlik xidməti buna göz yumdu.
SSRİ DTK -nın birbaşa göstərişlərinin əksinə olaraq - 1990-cı ildə İrlandiya pasportu ilə Sovet İttifaqına gələn beynəlxalq terrorçu Monte Melkonyanı həbs etməyən Ermənistan KQB-si onu himayəyə götürdü, sonra yaraqlı dəstəsi ilə onu Dağlıq Qarabağa göndərdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər