6 Avqust 2021 22:57
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Rusiya ilə bütün istiqamətlərdə dialoqu bərpa etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Onun sözlərinə görə, danışıqlar dərhal başlamalıdır.

Sandu əməkdaşlıq mövzusunda müzakirələrin hökumətlər və bəlkə də iki dövlətin başçıları səviyyəsində aparılacağını söyləyib. Sandu ümid edir ki, ölkələr ikitərəfli münasibətlərin bütün mövcud problemlərini müzakirə edə biləcəklər.

“O vaxt başlayan dialoq (2019 -cu ildə) davam edəcək” – prezident bildirib.
O xatırladıb ki, müzakirələr Moldovada başlayan siyasi böhran səbəbindən dayandırılıb.

Sandu bundan əvvəl artıq Rusiya ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirmişdi. O, Dnestryanı münaqişəsinin həlli və Rusiya bazalarının bölgədən çıxarılması ilə bağlı danışıqları davam etdirmək niyyətində olduğunu demişdi. Əlaqələrin normallaşmasının yalnız hər iki tərəfin istəyindən asılı olacağını vurğulamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu