7 Noyabr 2014 09:26
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ermenek şəhərindəki kömür mədənində süxurun dağılması nəticəsində itkin düşən 18 işçinin ikisinin cəsədi tapılıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumatına görə, bunu Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, xiləasetmə işləri davam etdirilir.

Qeyd edək ki, oktyabrın 28-də Ermenek şəhərindəki kömür mədənində süxurun dağılması, daha sonra isə mədəni su basması ilə nəticələnən qəza baş verib.

Hazırda mədəndə 16 işçi qalıb. Onların taleyi barədə hələlik heç nə məlum deyil.

Qəzanın baş verdiyi anda mədəndə 40-a yaxın işçi olub. Onların əksəriyyəti mədəni vaxtında tərk edə bilib.


Müəllif: