Türkiyə qeyri-qanuni yollarla ölkəyə keçmiş əfqan mühacirlərin geri qaytarılması üçün əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat bu gecə saat 01:30 radələrində baş tutub.
Polis əvvəlcədən siyahısı tutulmuş 40 ünvana eyni vaxtda daxil olub.
Proses zamanı xeyli sayda qanunsuz mühacir saxlanılıb. Mühacirlərin polis idarəsindəki prosedurlarından sonra deportasiya ediləcəyi açıqlanıb.