7 Avqust 2021 18:44
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban Nimruz və Cəvizcan əyalətlərində hökumət nümayəndələri və təhlükəsizlik qüvvələri üçün ümumi əfv elan etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada ABŞ və Kabil hökumətinin mülki insanlara qarşı yol verdiyi pozuntulara görə isə tədbir görüləcəyi vurğulanıb.

Bu açıqlamadan sonra Taliban əyalət mərkəzlərinə doğru irəliləməyə başlayıb. Hilmend, Qəndəhar, Zabul, Ferah, Herat, Badgis, Faryab, Kunduz, Tahar, Badaxşan, Bağlan, Samangan və Saripul kimi bir çox şəhərlərdə şiddətli qarşıdurmalar yaşanır.

Açıqlamada qeyd olunur ki, heç kimin yaşayış yerini tərk etməsinə ehtiyac yoxdur. Taliban hərbçilərin qaydaları pozduğu halda xalqın şikayət edə bilməsi üçün qaynar xətt yaradılıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər