Amerikalı rejissor Kventin Tarantino uşaq ikən heç vaxt pulunu anası ilə bölüşməyəcəyinə söz verib və vədinə əməl edib.
Teleqraf.com xəbər verir ki, rejissor bu barədə “Page Six”-ə verdiyi müsahibədə danışıb.
Tarantino qeyd edib ki, gəncliyində yazıçılıq karyerası ilə bağlı anasının sözlərindən inciyib. İbtidai sinifdə Tarantino dərs zamanı ssenari yazmağa başlayıb, amma bu ona müəllimlərlə münasibətlərində problem yaradıb. Müəllimlər Tarantinonun hobbisini “üsyankarlıq” kimi qəbul ediblər.
Gələcək rejissor ilk ciddi ssenarisini 12 yaşında yazsa da, anası oğlunun işindən narazı olub. Buna görə məktəbdə yaratdığı problemləri onu qane etməyib.
“Üstümə qışqırdı. Dedi ki, artıq sənin yazıçılıq karyeran bitdi”, - Tarantino deyib.
O, bundan sonra anasına belə söyləyib: “Uğurlu bir yazıçı olanda, uğurumdan heç bir faiz ala bilməyəcəksən. Sizin üçün nə ev, nə səyahət, nə də “Kadillak” olacaq. Məndən heç bir şey ala bilməyəcəksən”.
On illər sonra Tarantino verdiyi sözə əməl edib. Vergi orqanları ilə ciddi problemləri olan anasına yalnız bir dəfə yardım əli uzadıb.
Tarantino iyun ayında onuncu filmini çəkdikdən sonra kino sahəsindən ayrıldığını açıqlayıb.