10 Avqust 2021 11:29
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Co Bayden administrasiyası demokratiya, insan hüquqları və əsas azadlıqları məhdudlaşdırdığı səbəbiylə Belarus Prezidenti Aleksandr Lukaşenko və komandasına qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Prezident Co Baydenin adından verilən açıqlamada bildirilib:

“Bir il əvvəl bu gün Belarus xalqı demokratiyanın ən əsas forması olan seçkilərlə səslərini eşitdirmək və öz gələcəyini formalaşdırmaq istədi. Lukaşenko rejimi isə Belarus xalqının iradəsinə hörmət etmək əvəzinə, seçkilərdə hiyləyə əl atdı”.

Lukaşenko administrasiyasını müxalifətə təzyiq etməkdə, minlərlə dinc nümayişçi, 500-dən çox QHT rəhbəri və jurnalistini həbs etməkdə və beynəlxalq uçuşu zor gücünə Minskə yönləndirməkdə günahlandıran Bayden onun hakimiyyəti saxlamaq üçün etdiyi qeyri-qanuni səylərinin cavabsız qalmayacağını və yeni sanksiyaların tətbiq ediləcəyini söyləyib.

Sanksiya tətbiq olunacaq şəxslər və təşkilatlar arasında Belarusun dövlət müəssisələrindən olan “Belaruskali OAO”, Belarus Milli Olimpiya Komitəsi, Lukaşenkoya dəstək verən iş adamları və onlara aid 15 şirkət və “Absolutbank” da var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər