11 Avqust 2021 10:56
1 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın yeni nəsil yüngül taktiki təyyarəsi “Su-75” sayəsində havada və geosiyasi arenada ABŞ-la rəqabətə girə biləcək.

Teleqraf.com xəbər verir ki, “The Wall Street Journal” “Su-75” təyyarəsinin ABŞ-ın başağrısına çevriləcəyini iddia edib.

“Su-75” dünyanın ən inkişaf etmiş radar və gizli texnologiyasına malik ikinci təkmühərrikli döyüşçü qırıcısı ola bilər”, - məqalədə qeyd olunub.

Rus qırıcı təyyarələrinin yeganə rəqibinin ABŞ ordusunun inventarındakı “F-35” olacağına diqqət çəkilən məqalədə bildirilib ki, dünyada Amerika təyyarələrinə tələbat var, Vaşinqton nəinki silah ixracından gəlir əldə edir, həm də bunların sayəsində diplomatik məqsədlərinə çata bilir.

Qəzet Rusiyanın ABŞ-la müdafiə sahəsində əməkdaşlıq edən BƏƏ, Argentina, Hindistan və Vyetnam kimi ölkələrdə “Su-75” qırıcısı təklif etməyi planlaşdırdığına diqqət çəkib.

Nəşr “Su-75”-in strateji meydanında ABŞ-a meydan oxumağı hədəflədiyini yazıb.

Rusiya dövlət müdafiə şirkəti “Rostex”in prezidenti Sergey Çemezov yeni qırıcının qiymətinin təxminən 30 milyon dollar olacağını açıqlayıb. O, “Su-75”-in Amerikanın “F-35” təyyarələrinə 120 milyon dollar verə bilməyən ölkələrin diqqətini çəkəcəyini bildirib.

Yeni beşinci nəsil “Su-75” təyyarəsinin prototipi ilk dəfə MAKS-2021 Beynəlxalq Aviasiya və Kosmos Sərgisində nümayiş etdirilib. Yeni təyyarənin ilk növbədə Yaxın Şərq, Asiya, Şimali Afrika və Latın Amerikası ölkələrinə ixrac edilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər