11 Avqust 2021 14:56
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Muğla ərazisində ötən günlərə nəzərən külək müşahidə edilir.

Bu barədə Axar.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Dünən gecədən başlayan külək bu gün günortaya doğru bəzi ərazilərdə, həmçinin sönən ərazilərdə yanğını yenidən alovlandırıb.

Qısa zaman ərzində əksər yerlərdə yanğının qarşısı alınıb, hazırda Köyceyiz bölgəsində yanğın davam edir. Külək ilə yanaşı havanın isti olması yanğın qarşısını almaqda çətinlik yaradır.

İlkin məlumatlara görə, yanğın dağlıq istiqamətdən yenidən Dənizliyə doğru keçir. Hazırda yanğınla mübarizə davam edir.

Qeyd edək ki, FHN qrupları da hazırda Muğlada yanğınlara qarşı mübarizə aparır.


Müəllif: Teleqraf.com