11 Avqust 2021 16:55
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran nüvə proqramını inkişaf etdirdiyi müddətdə İsrail kənarda səssiz dayanmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz deyib.

“İran qlobal və regional sülh üçün ən böyük təhlükədir. İran nüvə proqramını inkişaf etdirdiyi müddətdə İsrail də kənarda səssiz dayanmayacaq. Beynəlxalq birliyi hərəkətə keçməyə və İranın təcavüzünü dayandırmağa çağırırıq. Birgə hərəkət etməyin vaxtı gəldi”, - nazir bildirib.

Qantz İranın İsrail və regionun təhlükəsizliyi üçün təhdid mənbəyi olduğunu söyləyib:

“İranın İsrail dövləti üçün real təhlükə olmaq cəhdlərinə qarşı müdafiəyə davam edəcəyik. Biz müəyyən etdiyimiz vasitələrlə hərəkət edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər