Ukraynanın işğal edilmiş Donbas bölgəsində son 24 saatda rus separatçılarının açdığı atəş nəticəsində 1 ukraynalı hərbçi və 1 mülki şəxs həyatını itirib.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamada separatçıların Donbasda atəşkəsi 16 dəfə pozduğu bildirilib.
Donbasın Nevelske, Vodiyane, Katerinivka, Marinka və Piski şəhərlərindən separatçıların açdığı atəş nəticəsində 1 ukraynalı əsgərin öldüyü və 2 əsgərin yaralandığı açıqlanıb.
Bundan əlavə, separatçıların açdığı atəş 1 mülki şəxsin ölümü ilə nəticələnib.