12 Avqust 2021 10:25
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban 30 gün ərzində Əfqanıstanın paytaxtı Kabili mühasirəyə ala, 90 günə ələ keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.

Bir ABŞ rəsmisi agentliyə açıqlamasında Amerika hərbi qüvvələrinin Əfqanıstandan geri çəkilməsindən sonra Kaibilin Taliban tərəfindən ələ keçirilmə ehtimalının artdığını bildirib.

Bunun əvvəlcədən müəyyən edilmiş bir nəticə olmadığını vurğulayan Amerika rəsmisi Əfqanıstan təhlükəsizlik qüvvələrinin uğuru ilə bu mənzərənin əksinə dəyişə biləcəyini söyləyib.

Agentlik iddia edib ki, Taliban ölkənin 65 faizinə nəzarət edir. Xəbərdə ABŞ rəsmisi Talibanın ən azı 11 əyalətin mərkəzini ələ keçirdiyini və ya almaqla hədələdiyini bildirib.

Mənbə eyni zamanda Əfqanıstanın digər bölgələrindən Kabilə böyük axının başladığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər