7 Noyabr 2014 13:33
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin paytaxtı Pekində metro stansiyasında təhlükəsizlik qapısı ilə qatar arasında qalan qadın can verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Pekinin yeni tikilən 5 saylı metro xəttində yerləşən Xuixinxijienankou stansiyasında baş verib.

33 yaşlı qadın qatara minmək istədikdə şüşədən düzəldilmiş təhlükəsizlik qapısı bağlanır və qatar hərəkətə başlayır. Bədənində çoxsaylı sınıqlarla xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbinin araşdırıldığı qeyd edilib.

Samir


Çin'de Metro Kapısına Sıkışan Kadın Öldü sondakika


Müəllif:

Oxşar xəbərlər