Almaniya Xarici işlər naziri Hayko Maas Əfqanıstanda hakimiyyətin Talibana keçəcəyi təqdirdə, bu ölkəyə maliyyə yardımlarını kəsəcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə Almaniyanın ZDF kanalına müsahibəsində danışıb.
“Taliban hakimiyyəti ələ keçirərsə, hazırda illik 430 milyon avro civarında olan “Almaniyanın inkişaf yardımları”ndan bir qəpik də göndərməyəcəyik”, - Maas bildirib.
O, alman ordusunun Əfqanıstandan geri çəkilməsinin ABŞ-ın atdığı addımların nəticəsi olduğunu deyib.