13 Avqust 2021 08:05
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi yaxın 48 saat ərzində Əfqanıstanın paytaxtı Kabilə 3 minə yaxın hərbçi göndərəcək.

Teleqraf.com xəbər verir ki, bunu ənənəvi brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

Onun sözlərinə görə, hazırda Kabildə 650 ABŞ hərbçisi var: "Göndərəcəyimiz hərbçilər orada olan qoşunlara qoşulacaqlar".

C.Kirbi qeyd edib ki, ABŞ Əfqanıstana ölkənin Kabildəki səfirliyini qorumaq üçün əlavə qüvvələr göndərir.

Pentaqonun mətbuat katibi əlavə edib ki, ABŞ qoşunlarının Əfqanıstana göndərilməsi müvəqqəti xarakter daşıyır.


Müəllif: Teleqraf.com