Taliban yaraqlıları Əfqanıstanın cənubundakı Helmand əyalətinin inzibati mərkəzi Ləşkarqax şəhərini ələ keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Talibanın sözçüsü Zabihullah Mücahid açıqlama verib.
O, Herat, Qəndəhar, Helmand və Badgis əyalətlərinin tamamilə Talibanın ixtiyarında olduğunu söyləyib.
Silahlılar həmçinin mülki əhali və hərbçiləri şəhərdən çıxarmaq üçün 48 saatlıq atəşkəs elan ediblər.