Əfqanıstanın Loqar əyalətinin inzibati mərkəzi olan Puli-Aləm şəhəri Taliban silahlıları tərəfindən ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Taliban indi Puli-Aləmdəki bütün hökumət müəssisələrinə 100 faizlik nəzarət edir.
Hazırda sözügedən şəhərdə döyüşlərin getmədiyi bildirilib.
İngiltərə müdafiə naziri Ben Uolles Talibanın atdığı addımlara kəskin reaksiya verib.
Nazir bildirib ki, “Əl-Qaidə” yenidən Əfqanıstanda “dirilsə”, beynəlxalq qüvvələr təkrar bu ölkəyə qayıdacaq.