ABŞ Maliyyə Nazirliyi Kuba təhlükəsizlik qüvvələrinə qarşı sanksiyalar tətbiq olunduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sanksiya Kuba Daxili İşlər Nazirliyinin iki məmuruna və adadakı son etirazları şiddətlə dağıtmaqda günahlandırılan bir hərbi hissəyə şamil edilib.
Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun maraqları naminə neft qaçaqmalçılığında ittiham olunan bir sıra sahibkar və şirkətlərə qarşı da sanksiyalar tətbiq olunub. Aktivlərin dondurulması, əməliyyatların qadağan edilməsi və ABŞ-ın maliyyə sisteminə girişin məhdudlaşdırılması ilə bağlı sanksiyalar xüsusilə Oman vətəndaşı Mahmud Rəşid Amur əl-Habsi və "Nimr International LLC", "Nimr International SR"L, "Orbit Petrochemicals" tərəfindən idarə olunan şirkətlərə aiddir.