13 Avqust 2021 21:27
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Taliban" hərəkatı Əfqanıstanın şərqində nəzarəti ələ keçirdiyi Paktiya əyalətində koronavirusa qarşı vaksinasiyanı qadağan edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə əyalətin səhiyyə departamentinin rəhbəri Vilayət Xan Əhmədzay deyib.

O bildirib ki, "Taliban" ötən həftə Paktiyanı ələ keçirəndən sonra regional xəstəxanada peyvəndlənmə prosesi dayandırılıb.

Qeyd olunur ki, vaksinasiya şöbəsi bağlanıb, sakinlərə isə peyvəndin qadağan olunduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər