Əfqanıstanlı taliblər diplomatik obyektlərə hücum etməyəcəklərinə söz veriblər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin nümayəndəsi Ned Prays bildirib.
"Taliban özü diplomatik missiyalara hücum etmək niyyətində olmadığını bildirib", - nümayəndə deyib.
Bununla birgə, N.Prays əlavə edib: "Taliban hərəkatının dediklərinin hamısına inanmayacağıq. Nə edəcəyinə baxacağıq. Bu səbəbdən indi bizim mülki personalımızın köçürülməsi üzrə tədbirlər görürük ki, onları hər hansı mümkün təhlükədən qoruyaq".