Pilotsuz uçan aparatları (PUA) istehsal edən Türkiyə şirkəti “Baykar” Ukraynada araşdırma və dron toplama mərkəzi qurmaq üçün investisiya layihəsi hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Baykar”ın İnvestisiyalar üzrə baş direktoru Natalya Özden Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sərmayələri Forumunda çıxışında məlumat verib.
“Baykar” Ukraynaya investisiya yatırmağı planlaşdırır. Hazırda investisiya layihəsi üzərində işləyirik”, - Özden bildirib.
Onun sözlərinə görə, layihə Ukraynada müasir araşdırma və inkişaf (AR -GE) mərkəzi, istehsal PUA montajı və təmir müəssisələrinin qurulmasını ehtiva edir.
Özden qeyd edib ki, “Baykar” Ukrayna və Türkiyə şirkətləri üçün müdafiə sənayesi və texnologiyaları parklarının yaradılmasına da təşəbbüs göstərir.