Pakistanın cənubundakı Kəraçi şəhərində yük maşınının partladılması nəticəsində azı 13 nəfər həyatını itirib, yaralananlar var. İki nəfərin vəziyyətinin kritik olduğu bildirilir.
Teleqraf.com xəbər verir ki, ilkin məlumata görə, maşın kənardan atılan qumbara ilə partladılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Qanlı hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.