Hollandiya rəhbərliyi sentyabrın sonuna qədər sosial məsafə və maskalardan istifadəni tamamilə ləğv etməyi hədəfləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Hollandiyadakı müvəqqəti hökumətin Baş naziri Mark Rutte tvitter hesabında yazıb.
O qeyd edib ki, ölkədə peyvənd olunanların sayı artdığı üçün ilk olaraq universitetlərdən başlayaraq maska və sosial məsafə saxlamaq tələbi aradan qalırılacaq.
Hökümət noyabrın 1-dən ölkədə bütün COVID-19 tədbirlərinin ləğv edilməsinin və həyatın köhnə normaya qayıtmasının məqsəd olduğunu açıqlayıb.