Birləşmiş Millətlər Təşkilatı (BMT) Taliban qruplaşmasını Əfqanıstandakı mülki şəxslərin və BMT və digər yardım agentliklərinin işçilərinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Cens Laerke BMT-nin vəziyyəti yaxından izlədiyi və qiymətləndirməyə davam etdiyini açıqlayıb.
Larke bildirib ki, Taliban və bütün münaqişə tərəflərinin beynəlxalq hüquq çərçivəsində BMT və BMT-dən olmayan humanitar işçilər də daxil olmaqla mülki şəxsləri təhlükəsizlik mövzusunda qorumaq öhdəlikləri var:
“Daha əvvəl Əfqanıstanda artan təhlükəyə baxmayaraq, BMT ölkədə 70 ildir davam etdirdiyi humanitar yardım işini fasiləsiz davam etdirmək əzmindədir. BMT -nin Əfqanıstanda, xüsusilə də humanitar məsələlərdə fəaliyyət göstərən çox böyük rolu var”.
Qeyd edək ki, Taliban qüvvələri Əfqanıstanın bütün sərhəd qapılarını və paytaxt Kabil istisna olmaqla, bütün böyük əyalət mərkəzlərini nəzarətə götürüb.