15 Avqust 2021 16:22
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 iyulda tətilə çıxan İngiltərə parlamenti 6 sentyabrda keçiriləcək ilk iclasında Əfqanıstandakı vəziyyəti müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin baş naziri Boris Conson əmr verib. O, Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Parlamenti geri çağırıb.

İşçi partiyasının millət vəkili Lisa Nandy parlamentin geri çağırılmasının son dərəcə doğru addım olduğunu deyib: "Hökumətin bununla mübarizə aparmaq üçün dəqiq bir strategiyası olmadığına görə qərar qəbul etmək vaxt alır."

Qeyd edık ki, İşçi Partiyasının lideri Keir Starmer bu gün səhər parlamentin geri çağırılmasını tələb etmişdi.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər