İranda COVID-19 virusuna gündəlik yoluxma və ölüm hallarının sayı artmaqda davam edir. Son sutka ərzində ən yüksək ölüm halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ötən gün 620 virusa yoluxaraq dünyasını dəyişib.
İranın Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ötən gün 36 736 nəfər virusa yoluxub, 620 nəfər dünyasını dəyişib.
Ölkədə ümumillikdə 4 milyon 425 min 821 nəfər virusa yoluxub, 97 min 828 nəfər virus səbəbilə həyatını itirib.
COVID-19-a yoluxan xəstələrin 7 min 323-ü reanimasiya şöbələrində müalicə alır.
Ölkədə 19 milyon 166 min 626 doza peyvənd vurulub. 15 milyon 96 min 142 nəfər birinci doza, 4 milyon 70 min 474 nəfər insan isə ikinci doza peyvəndi vurdurub.