15 Avqust 2021 23:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Taliban” Kabilə hücum etməyə hazırlaşırdı”.

Teleqraf.com xəbər verir ki, bu barədə istefa verən Əfqanıstan prezidenti Əşrəf Qani özünün feysbukdakı hesabında yazıb.

“ Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, - o bildirib.

Qeyd edək ki, bu gün radikal “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər