Əfqanıstan Prezidenti Əşrəf Qani Tacikistana gəlməyib.
Teleqraf.com xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyinin açıqlamasında bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirlib.
XİN-in açıqlamasında Qaninin təyyarəsinin Tacikistanın hava sahəsinə girmədiyi və ölkə ərazisinə enmədiyi qeyd edilib.
Açıqlamada bununla əlaqədar Tacikistan tərəfinə heç bir sorğu göndərilmədiyi də diqqətə çatdırılıb.
Əfqanıstanın Daşkənddəki səfirliyi də Əşrəf Qaninin Özbəkistana gəlməsi ilə bağlı heç bir məlumata malik olmadığını açıqlayıb.
Bəzi media qurumlarında Taliban hərəkatının Əfqanıstanın paytaxtı Kabilə girməsindən sonra ölkəsini tərk edən Əşrəf Qaninin Tacikistana getdiyi barədə məlumatlar yayılmışdı.