Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs İtaliyanın tanınmış simalarından biridir.
Eldar Əliyev 1971-ci il iyunun 28-də Bakıda anadan olub. Kiçik yaşlarından fortepiano dərsləri alan Eldar Azərbaycan Dövlət Konservatoriyasında oxuyub.
1992-ci ildə Osimo Akademiyasından Milana köçməsinə imkan verən təqaüd alıb. Bu musiqi akademiyasında bir il oxuyub. Bundan sonra La Skala Teatrının kurslarında iştirak edib və buranın təqaüdünü qazanıb.
1994-cü ildə Trevizoda keçirilən “Toti Dal Monte” müsabiqəsində Motsartın “Sehirli fleyta” operasındakı Sarastro roluna görə diqqət çəkib. Bu onun peşəkar karyerasının başlanğıcı olub. Bundan sonra İtaliya mətbuatında barəsində müsbət rəylər yazılıb.
Təkan nöqtəsi
Eldar Əliyev peşəkar karyerasına 1994-cü ildə Trevizo Teatrında “Sehirli fleyta” operası ilə başlayıb. O bu rola təsadüfən layiq görülməmişdi. Eldar Əliyev həmin il keçirilən “Toti Dal Monte” müsabiqəsində qalib olmuşdu. “Sehirli fleyta”dakı rolu isə İtaliya ilə yanaşı, İsrail və bir çox digər Avropa ölkəsində populyarlıq qazanmasında önəmli rol oynayıb. Karyerasının əvvəlində Roma Teatrında səhnəyə qoyulan “Benvenuto Çellini” tamaşasında Papa rolunu ifa edib. Eləcə də “Makbet”də (Banko) səhnəyə çıxıb.
1994–1995 mövsümündə “Maqbet” və “Madam Batterflyay” operalarında çıxış edib. 1995-ci ildə Rossini Opera Festivalı çərçivəsində “Qulelmo Tell” operasında Leytorlu obrazına həyat verib.
1996-cı ildə Valeri Gergiyevin dirijorluğu ilə Sergey Prokofyevin “Oyunçu” və Romada Yuri Axronovitçin dirijorluğu ilə “Turandot” (Timur) operalarında öz rollarını ifa edib. 1996-cı ildə bir neçə dəfə İtaliyanın məşhur La Skala Teatrında səhnəyə çıxan Eldar Əliyev həmin il Parisdə Ueksford festivalı çərçivəsində Paris turuna qatılıb.
1997-98-ci il mövsümü də Eldar Əliyev üçün uğurlu olub. Firenze Teatrında Rimski-Korsakovun “Zar Saltan”ında çar, Parma Teatrında “Don Karlo”da II Filipp obrazları ilə tamaşaçı qarşısına çıxıb. Eləcə də Roma Opera Teatrında… O, həmçinin Madrid Teatrında səhnələşdirilən “Turandot”da Timur obrazı ilə növbəti dəfə səhnədə görünüb.
Bundan başqa, həmin mövsümdə Parma və Boloniya teatrları ilə yanaşı, Hollandiya (Amsterdam) turu çərçivəsində səhnədə yer alıb.
1997-ci ildə Yeni İsrail Operasında ”Riqoletto”, Torino Teatrında “Nabukko”da və Vladimir Yurovskinin rəhbərlik etdiyi opera festivalında “Mois və firon”da baş rolları ifadə edib.
Avropadan uzaqlarda
1998-99-cu il mövsümündə Tenerife festivalı çərçivəsində Yaponiya turunda çıxış edib. Boloniya, Brüssel və Roma turlarında səhnəyə çıxdığı Timur obrazı ona uğur qazandırıb. Bu mövsümdə “Belevedere” müsabiqəsində III yeri tutub. 1998-ci ildə “Turandot” operasında Timur obrazanı canlandırıb. Boloniya, Brüssel və Roma teatrlarında oynadığı Attila, Sparafukil və Timur obrazları ona uğur qazandırıb.
1999-2000-ci il mövsümündə Ueksford festivalına qatılıb. Həmin mövsümdə Genua, Lozanna və Pellias Melizande teatrlarında Vladimir Yurovski ilə birlikdə çıxış edib. Eləcə də Boloniya, Venesiya, Paris, Münhen və Berlin teatrlarında səhnəyə çıxıb. 2002-ci ildə La Skalada “Lukretsiya Borxiya” tamaşasında Astolfo rolunda səhnəni Mariella Deviya ilə bölüşüb. 2005-ci ildə Çaykovskinin “Çereviçki” operasında çıxış edib.
1999-cu ildə “Belevedere” müsabiqəsində 3-cü yeri tutub. Həmin il Tenerife festivalı və Yaponiya turunda iştirak edib.
Eldar Əliyev 2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində qran-pri mükafatına layiq görülüb.
Konsertləri
Eldar Əliyevin konsert fəaliyyətlarinə Mexiko şəhərində Bethovenin IX Simfoniyası, Florensiyadakı Della Toskana orkestri ilə Haydın “Stabat Mater”i, Rudolf Barşayın dirijorluğu ilə Brüsseldə Şostakoviçin XIII Simfoniyası, Qüds Simfonik Orkestri ilə çıxışı, Peter Maaq tərəfindən idarə olunan Motsartın “Rekviem”i daxildir. Eləcə də Verdinin Bremen Filarmoniyasında səhnəyə qoyulan “Rekviem”ində çıxış edib. Bundan sonra Bolzanoda Haydın orkestri ilə yenidən tanış olub, ardınca Kral Filarmonik Orkestri və Daniel Qattinin drijorluğu ilə Brüsseldə konsert verib.
Elar Əliyev 2020-ci il avqustun 4-də 49 yaşında yaşadığı Milan şəhərində vəfat edib. Məşhur opera müğənnisi doğulduğu Bakı şəhərində dəfn olunub.