Bazar günü Əfqanıstandan qaçan ölkə prezidenti Əşrəf Qani Oman Sultanlığındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” Əfqanıstan hakimiyyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.
"Məndə olan məlumata görə, prezident Omandadır", - deyə o bildirib.
Oman rəsmilərinin bu məlumatı inkar etmələrini şərh edən mənbə deyib: "Əlbəttə, onlar bunu inkar edəcəklər".