İraqda kürd partiyaları 4 ildən sonra Kərkük şəhərinə girmək fürsəti əldə edib.
Teleqraf.com xəbər verir ki, İraqda sentyabrın 10-da keçiriləcək erkən seçkilərə qatılacaq kürd partiyaları uğursuz “müstəqillik referendumu”dan sonra çıxmaq məcburiyyətində qaldıqları Kərkük şəhərinə girmək şansı əldə edib.
Seçkilərə qatılmaq imkanı əldə edən Məsud Bərzaninin Kürd Demokrat Partiyası Kərkükdə təbliğat kampaniyası aparmağa başlayıb. Partiya təbliğatçıları bildiriblər ki, onlar şəhərin problemlərinin həllinə çalışacaqlar.
Qeyd edək ki, Məsud Bərzaninin qurduğu Kürd Demokrat Partiyasına daha üç kürd partiyası dəstək verir.