17 Avqust 2021 15:20
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhəmməd peyğəmbər ateistlərlə deyil, dindarlarla mübarizə aparmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri deyib.

İlahiyyatçının sözlərinə görə, İslam peyğəmbərinin mübarizə apardığı dindarlar müşrik olublar:

“Məhəmməd peyğəmbərin gəldiyi cəmiyyət dinsiz deyil, əksinə çox dindar cəmiyyət idi. Onlar həcc vəzifəsini yerinə yetirir, həccə gələnlərə su paylayırdırlar.

Məhəmməd peyğəmbər ateistlərlə deyil, dindarlarla mübarizə aparmışdı. Həmin dindarlar müşrik idilər. Bir adamın müşrik olması, yəni Allaha şərik, ortaq qoşması üçün ilk olaraq Allaha inanmalı idi. Dinə ən böyük zərəri dinsizlər deyil, özlərini dindar hesab edən dini darlar vurublar və vururlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər