“Kabil hava limanındakı çarəsizliyin görüntüləri Qərb siyasəti üçün utandırıcıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Staşynmayer deyib.
Dövlət başçısı heç kimin Əfqanıstanda baş verənlərə biganə qala bilməyəcəyini söyləyib.
“Kabil hava limanındakı çarəsizliyin görüntüləri Qərb siyasəti üçün utandırıcıdır. Almaniya indi Əfqanıstanda Almaniyaya kömək edən əfqanları təxliyə etməlidir”, - Ştaynmayer bildirib.
O, Əfqanıstan hökumətinin sürətli çöküşünün və Talibanın müqavimət göstərmədən ölkəni ələ keçirməsinin gələcəkdə uzunmüddətli problemlər yaradacağını deyib.
Prezident qeyd edib ki, Əfqanıstanda illərlə davam edən səylərin uğursuzluqla nəticələnməsi ciddi suallar yaradır.