Türkiyədə sel fəlakəti nəticəsində həlak olanların sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Kastamonuda 62, Sinopda 15, Bartında 1 nəfər həyatını itirib. Hazırda 7 nəfər müalicəsini davam etdirir. Qeyd edilir ki, sel zamanı həlak olan daha 14 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.