Böyük Britaniya hökuməti Əfqanıstandan 20 min qaçqının krallıq ərazisinə köçürülməsini nəzərdə tutan proqramı razılaşdırıb.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Priti Patel bildirib.
O, AB-ni və digər ölkələri Britaniyadan nümunə götürməyə çağırıb.
“Əfqanıstan vətəndaşlarının köçürülməsi ilə bağlı yeni proqram ölkəsini tərk etmək məcburiyyətində qalan 20 minə qədər əfqanı qəbul etməyimizə imkan verəcək. İlk 5 min nəfər gələn il gələcək”, - nazir belə deyib.
O, Britaniyanın tək addım ata bilməyəcəyini və “Taliban” hərəkatının hakimiyyətə qayıtmasından sonra Əfqanıstan əhalisinə kömək etməyin vacibliyinin digər Qərb dövlətləri ilə müzakirə olunduğunu açıqlayıb.