18 Avqust 2021 11:26
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinın Əfqanıstanın paytaxtı Kabildən qalxan hərbi yük təyyarəsinin eniş mexanizmində insan bədəninin parçaları olduğunu bildirilib.

Teleqraf.com xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrindən paytaxtdan qalxarkən əfqanların “C-17” hərbi yük təyyarəsinin qanadlarına çıxmasının ardınca baş verən qarşıqlıqda mülki insan itkilərinin araşdırldığını açıqlayıb.

Neçə adamın öldüyünə dair məlumatın olmadığı açıqlamada yük təyyarəsinin eniş mexanizmində insan bədənin parçalarının tapıldığını deyilib.

Talibanın ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ölkədən getmək istəyən vətəndaşlar Kabildəki beynəlxalq hava limanına kütləvi axın ediblər.

Olay zamanı çəkilən görüntülər dünyada müzakirə mövzusuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər