Çexiya Prezidenti Milos Zeman “Taliban”ın Əfqanıstana nəzarəti ələ keçirməsinin ardınca dünya səviyyəsində terror hücumları ola biləcəyi haqda xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, prezident Zeman “Taliban”ın Əfqanıstanda bir terror mərkəzi yaradacağını iddia edib.
“Bu mərkəz haradasa dünyanın hər yerindəki terror hücumlarını yenidən başladacaq”,- prezident vurğulayıb.
Əfqanıstanın dünyanın ən böyük narkotik istehsalçısı olduğuna diqqət çəkən prezident qeyd edib ki, “Taliban” narkotik gəlirləri ilə keçinə bilər və bu səbəbdən də maliyyə problemi yaşamayacaq.
Milos Zeman NATO-nun Əfqanıstanda uğursuz olduğunu bildirib, ölkəsinin NATO-ya pul xərcləmək yerinə milli müdafiəsinə istiqamətlənməsi çağırışını edib.