İsrail Baş naziri Naftali Bennett Misir kəşfiyyat xidmətinin direktoru Abbas Kamillə görüşüb.
Teleqraf.com xəbər verir ki, “Walla News” qəzeti Misirin kəşfiyyat rəhbərinin bir sıra görüşlər keçirmək üçün İsraildə gəldiyini yazıb.
Bennet və Kamilin bu gün Qərbi Qüdsdə bir araya gəldikləri və Qəzza Zolağındakı son durumu müzakirə etdikləri bildirilib.
Misirin kəşfiyyat rəhbərinin İsrail müdafiə naziri Benni Qantzla görüşü gözlənilir.
Qeyd edək ki, Misir may ayında Qəzzada İsrail və Fələstin arasında atəşkəsin elan edilməsində vasitəçi rolunu oynamışdı.